22 
Okt
2021
20:15
36
415
14211
Virtual karabakh

Alek Bolduin çəkiliş zamanı operatoru güllələməsindən danışdı – YENİLƏNİB + FOTO/VİDEO

22 Okt, 2021
20:15
14211

Alek Bolduin çəkiliş zamanı operatoru güllələməsindən danışdı – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Alek Bolduin çəkiliş zamanı baş vermiş bədbəxt hadisə barədə danışıb.

O, yaşadığı şoku təsvir etməkdə çətinlik çəkdiyini bildirib. Aktyorun fondu tərəfindən yayılan bəyanatda Bolduinin polislə tam əməkdaşlıq etdiyi və hadisənin təfərrüatlarının üzə çıxarılmasında maraqlı olduğu qeyd edilib. Bununla yanaşı, əyləncə sektoru işçilərinin Həmkarlar İttifaqı tərəfindən yayılan məlumatda aktyorun atəş açdığı silahda cəmi bir ədəd döyüş gülləsinin olduğu vurğulanıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən insidentin detalları araşdırılır.

Mənbə: TASS

10:24

ABŞ-ın Nyu-Meksiko ştatında “Rust” (“Pas”) filminin çəkiliş meydançasında Hollivud ulduzu Alek Bolduinin açdığı atəş nəticəsində qadın operator həlak olub, rejissor yaralanıb.

Bu barədə Santa-Fe dairəsinin polisi məlumat yayıb.

Bildirilir ki, körpücük sümüyündən yaralanan rejissorun vəziyyəti ağırdır.

Ağır yaralanan 42 yaşlı qadın operator Qalina Hatçins isə helikopterlə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Şerifin ofisi təsdiqləyir ki, rekvizit üçün silahdan açılan atəş Alek Bolduin tərəfindən həyata keçirilib.

Hələ ki, aktyora qarşı heç bir iddia qaldırılmayıb.

Tapançanın həqiqi güllələrlə doldurulmasının, həmçinin Bolduinin rejissora və operatora atəş açmasının səbəbi açıqlanmır.

Qeyd edək ki, vestern filmi olan “Rust”da Alek Bolduin həm filmin prodüseri, həm də baş rol ifaçısı olub.

Kinooperator Qalina Hatçins əslən ukraynalıdır. O, Kiyev Universitetinin beynəlxalq jurnalistikasını bitirib, sonra isə istintaqçı jurnalist kimi britaniyalı sənədli film çəkənlərlə işləyib.

Hatçins son illərini Los-Ancelesdə keçirib. Kinematoqrafçı kimi onun işlərinə “Darlin” (2019), “Archenemy” (2020) və “Blindfire” (2020) kimi filmlər daxildir.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri