23 
Okt
2021
14:44
138
99
2676
Virtual karabakh

Rusiyada koronavirusdan maksimum ölüm qeydə alındı

23 Okt, 2021
14:44
2676

Rusiyada koronavirusdan maksimum ölüm qeydə alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada artıq beşinci gündür ki, koronavirusdan ölənlərin sayında qeydə alınan maksimum göstərici yenilənib.

Ölkədə son sutka ərzində 1 075 ölüm halı qeydə alınıb.

Ümumilikdə, pandemiyanın başladığı gündən indiyədək 229 528 nəfər koronavirus səbəbindən ölüb. Operativ Qərargahın məlumatlarına əsasən, şərti ölüm nisbəti (son ölüm yalnız epidemiya bitdikdən sonra müəyyən edilə bilər) 2,8 % səviyyəsində qalıb.

Xüsusilə, son sutkada Moskvada 82, Sankt-Peterburqda 67, Krasnodar vilayəti və Nijni Novqorod vilayətində - hər birində 42, Başqırdıstanda 46, Rostov, Sverdlovsk bölgələrində və Stavropol vilayətində - hər birində 34 ölüm hadisəsi qeydə alınıb.

Rusiyada koronavirusa son sutkada 37 678 yoluxma qeydə alınıb. Bununla ölkədə ümumi yoluxanların sayı 8 205 983-ə çatıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri