25 
Okt
2021
23:07
48
265
1106
Virtual karabakh

Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq

25 Okt, 2021
23:07
1106

Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən etibarən Estoniyada ictimai yerlərə ancaq peyvənd edilmiş və koronavirus keçirmiş sakinlər buraxılacaq.

Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, oktyabrın 25-dən etibarən ölkədə koronavirusun yayılmasını məhdudlaşdıran yeni tədbirlər qüvvəyə minib. Hökumətin qərarına əsasən, peyvənd olunmamış sakinlər hətta COVID-19 testinin cavabları mənfi olsa belə, bir sıra ictimai yerlərə, o cümlədən idman klublarına, iaşə obyektlərinə, teatrlara, kinoteatrlara, spa mərkəzlərinə və s. buraxılmayacaq.

Həmçinin Estoniyada maska ​​taxmaq tələbləri sərtləşdirilir; mağaza və ticarət mərkəzlərinə individual müdafiə vasitəsi olmadan daxil olmaqa qadağan edilir.

Qeyd edək ki, ölkədə 58%-dən çoxu (781 105 nəfər) COVID-19-a qarşı peyvənd vurdurub, 736 771 sakin peyvənd kursunu bitirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri