27 
Okt
2021
01:54
22
154
2314
Virtual karabakh

Avropa ölkələrində COVID-19-la bağlı gərginlik

27 Okt, 2021
01:54
2314

Avropa ölkələrində COVID-19-la bağlı gərginlik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günlərdə koronavirusa yoluxmanın kəskin artması demək olar ki, bütün Avropada müşahidə olunur.

Əgər payızın əvvəlində yeni ocaqlar yalnız Köhnə Dünyanın şərq hissəsində idisə, bu yaxınlarda Qərbi Avropa ölkələrində də qeydə alınmağa başlayıb. Böyük Britaniya artıq Ukrayna, Rumıniya və Bolqarıstanın da daxil olduğu əlverişsiz vəziyyəti olanlar sirasındadır. Burada gündə 50 minə qədər yeni infeksiya aşkar edilir.

Koronavirusa görə lokdaun elan etməli olan Latviyada isə Səhiyyə Nazirliyinin başçısı yaşlı insanları inandırmaq üçün oları özü peyvəndə çağırmağa başlayıb.

Böyük Britaniyada maska rejiminə qayıtmaq, distant iş və COVID pasportlarının tətbiqi müzakirə edilir.

Latviyada xəstələnmə hallarının artması o qədər sürətli olub ki, ölkə bir neçə həftədir ki, dünya xəstələnmə reytinqində birinci yeri tərk etmir. Latviya hələ indiki kimi sərt karantin tədbirləri tətbiq etməyib. Gündüzlər yalnız ərzaq mağazalarına getmək mümkündür, axşam saat 20:00-dan səhər 6-ya qədər evdən çıxmaq qadağandır.

Mənbə: NTV

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri