27 
Okt
2021
20:42
356
58
2472
Virtual karabakh

Pentaqon: İŞİD ABŞ-a zərbə endirəcək

27 Okt, 2021
20:42
2472

Pentaqon: İŞİD ABŞ-a zərbə endirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstandakı İŞİD təşkilatı cəmi 6 ay ərzində ABŞ-a zərbə endirə bilər.

Bu barədə ABŞ müdafiə nazirinin siyasət üzrə müavini Kolin Kal kəşfiyyatın məlumatlarına istinadən Konqresə bildirib.

Onun sözlərinə görə, Əfqanıstandakı İŞİD təşkilatı artıq 2022-ci ildə zərbə endirmək niyyətindədir. Kəşfiyyat məlumatlarına görə, bu, altı aydan 12 aya qədər olan müddətdə baş verə bilər.

“Hazırda kəşfiyyatçılar hesab edir ki, İŞİD və “Əl-Qaidə” təşkilatları xarici əməliyyatlar, o cümlədən ABŞ-a qarşı əməliyyatlar keçirmək niyyətindədir. Lakin onların heç birinin hazırda bunu etmək imkanı yoxdur. Təxminən altı və ya 12 ayda İŞİD-in belə bir fürsətinin olacağını görürük”, - deyə Kal qeyd edib.

Rəsmi bildirib ki, ABŞ geri çəkildikdən sonra “Taliban”ın İŞİD-ə qarşı effektiv mübarizə apara bilib-bilməyəcəyi hələ bəlli deyil.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) bir ay ərzində Əfqanıstanda səfirlik açmağı planlaşdırır. Əfqanıstandakı səfirlik ölkədə insan haqlarının müdafiəsi üçün Aİ-yə lobbi fəaliyyətinə kömək etməli və “Taliban”ı öz öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir.

Mənbə: The Guardian

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri