28 
Okt
2021
02:28
42
109
1419
Virtual karabakh

Almaniyada itlər dəmir yolunun tikintisinə cəlb ediləcək

Almaniyanın dəmir yolu operatoru “Deutsche Bahn” təlim keçmiş itlərin vasitəsi ilə yol tikintisini sürətləndirməyə hazırlaşır.

Belə ki, itlər tikinti işləri ilə paralel ərazidə olan vəhşi heyvanların yerini müəyyən etməli olacaqlar.

Bundan sonra isə vəhşi heyvanlar tez bir zamanda təhlükəsiz ərazilərə köçürüləcək. İtlər xüsusən ərazidə olan ilanları, qurbağaları, yarasaları, divar və qum kərtənkələlərinin yerini müəyyən edəcəklər.

Mütəxəssislər hesab edirlər ki, güclü qoxu hissi sayəsində itlər ilin istənilən vaxtında Qırmızı Kitaba düşən meşə sakinlərini tez bir zamanda tapacaq ki, bu da onlara həm təbiət sakinlərini qorumağa, həm də tikintiyə daha tez başlamağa imkan verəcək.

Mənbə: “Reuters”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri