28 
Okt
2021
01:48
88
32
6727
Virtual karabakh

Operatorun öldürüldüyü çəkiliş meydançasında yeni dəlillər üzə çıxıb

28 Okt, 2021
01:48
6727

Operatorun öldürüldüyü çəkiliş meydançasında yeni dəlillər üzə çıxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rust” (Pas) filminin çəkiliş meydançasında baş verən faciə ilə bağlı yeni dəlillər aşkar olunub.

Bu barədə ABŞ-ın Nyu-Meksiko ştatının Santa-Fe dairəsi şerifi Adan Mendoza brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, çəkiliş meydançasından əlavə döyüş gilizləri aşkar olunub.

Xatırladaq ki, adıçəkilən filmin çəkilişləri zamanı Hollivud ulduzu Alek Bolduinin açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Sousa yaralanıb.

Operatorun həyatını xilas etmək mümkün olmayıb. Sousa isə bir neçə saat sonra xəstəxanadan evə buraxılıb.

Hazırda istintaq davam edir. Bolduinə qarşı rəsmi ittiham irəli sürülməyib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri