28 
Okt
2021
21:49
88
370
3796
Virtual karabakh

Kiyev sərt karantinə keçir

28 Okt, 2021
21:49
3796

Kiyev sərt karantinə keçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın paytaxtı Kiyevdə gücləndirilmiş karantin məhdudiyyətləri tətbiq ediləcək.

Bu barədə Kiyev meri Vitaliy Kliçko bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar noyabrın 1-dən şəhərdə sərt karantin məhdudiyyətləri tətbiq olunacaq.

Belə ki, yalnız peyvənd olunmuş və ya PCR testi mənfi olanlara işə və ictimai yerlərə getməyə icazə veriləcək.

Yalnız peyvənd edilmiş və ya test vermiş valideynlərin uşaqları izdihamlı yerlərə gedə bilərlər.

İctimai nəqliyyatda yalnız peyvənd edilmiş və ya mənfi PCR testi olanlar istifadə edə biləcək. Yoxlama hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılacaq.

Mənbə: Korrespondent.net

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri