31 
Okt
2021
10:33
17
181
4824
Virtual karabakh

Alek Bolduin çəkiliş zamanı baş vermiş dəhşətli hadisə barəsində ilk dəfə danışdı

31 Okt, 2021
10:33
4824

Alek Bolduin çəkiliş zamanı baş vermiş dəhşətli hadisə barəsində ilk dəfə danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Alek Bolduin oktyabrın 22-də “Pas” (Rust) filminin çəkilişi zamanı onun açdığı atəş nəticəsində kinooperator Qalina Xatçinsin faciəli şəkildə həlak olması barədə ilk dəfə danışıb.

Bolduin bildirib ki, bu, trilyonda bir rast gəlinən bədbəxt hadisədir:

“Bu günə qədər filmlərdə və teleşoularda nə qədər güllə atılıb? Praktiki olaraq hər hansı hadisə baş verməyib. Qalina Xatçins mənim dostum idi. Həmin gün filmin çəkilişindən əvvəl Qalina Xatçinsi rejissorumuz Coel Souzla birgə yeməyə dəvət etmişdim. Bizim çox yaxşı komandamız var idi, birgə film çəkirdik, bu dəhşətli hadisə baş verdi”.

Yenə də silahlardan istifadəyə nəzarətin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayan A. Bolduin “Pas” (Rust) filminin çəkilişinin davam etdirilməyəcəyini düşündüyünü də söyləyib.

Aktyor ona istintaqın gedişi barədə danışmağın qadağan edildiyini söyləyib.

İstintaq hələ ittiham irəli sürməyib. Hazırda tapançaya döyüş gülləsinin necə qoyulduğu araşdırılır.

Mənbə: CNN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri