Noy
2021
07:47
28
146
3148
Virtual karabakh

Tiramisunun “atası” vəfat etdi

İtaliyanın Trevizo şəhərində yaşayan məşhur restoran sahibi Ado Kampeol 94 yaşında vəfat edib.

O, Tiramisunun “atası” kimi tanınıb.

İlk dəfə bu desert məhz Adonun “Alle Beccherie” restoranında ötən əsrin 70-ci illərində müştərilərə təklif olunmağa başlayıb. Çoxqatlı şirniyyat Kampeolun həyat yoldaşı Alba və adıçəkilən restoranın baş aşbazı Roberto Linquanottonun səhvi nəticəsində ortaya çıxıb. Amma onu yaşadan və məşhurlaşdıran məhz restoranın sahibi Ado olub.

Tərkibində ilkin olaraq maskarpone pendiri, toyuq yumurtası, şəkər tozu və savoyardi peçenyesi olan “Tiramisu”nun hərfi mənası “məni yuxarı qaldır” deməkdir. Bu, şirniyyatın tonuslaşdırıcı və qidalandırıcı effekti ilə bağlıdır.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri