Noy
2021
08:45
115
27
793
Virtual karabakh

Baydeni Avropada müşayiət edən köməkçisi koronavirusa yoluxub

6 Noy, 2021
08:45
793

Baydeni Avropada müşayiət edən köməkçisi koronavirusa yoluxub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa turnesi zamanı ABŞ prezidenti Co Baydeni müşayiət edən köməkçisi koronavirusa yoluxub.

Test nəticələri Amerika lideri ABŞ-a qayıtmazdan əvvəl açıqlanıb.

Hadisə ilə əlaqədar Ağ Evin sözügedən rəsmisi, həmçinin Amerika nümayəndə heyətindən bir neçə nəfər hazırda iqlim sammitinin keçirildiyi Qlazqoda qalıb. Karantində olanların dəqiq sayı açıqlanmayıb.

Daha əvvəl bildirilmişdi ki, məxfi xidmət Baydeni metan tullantılarının azaldılması üçün yeni planları elan etməyə hazırlaşarkən Qlazqodakı tədbirdən “təxliyə edib”. Sammitin təşkilatçıları tədbiri təxirə salmağa məcbur olublar.

Qeyd edək ki, COP26 Beynəlxalq İqlim Konfransı oktyabrın 31-də Qlazqoda başlayıb və noyabrın 12-nə qədər davam edəcək. İştirakçılar qlobal istiləşmə problemini və temperaturun 1,5 dərəcə Selsiyə yüksəlməsinin qarşısını almağa kömək edəcək tədbirləri müzakirə edirlər.

Mənbə: Bloomberg

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri