Noy
2021
11:02
19
151
1131
Virtual karabakh

Çex Respublikasının prezidentinə qaraciyər sirrozu diaqnozu qoyuldu

6 Noy, 2021
11:02
1131

Çex Respublikasının prezidentinə qaraciyər sirrozu diaqnozu qoyuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çex Respublikasının Prezidenti Miloş Zeman qaraciyər sirrozu diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona qidalanma borusu (zond) taxılıb.

Bu barədə Çexiyanın ČTK xəbər agentliyi həkimlər şurasının üzvü, cərrah Pavel Pafkoya istinadən məlumat yayıb.

Oktyabrın 10-da naməlum səbəbdən 77 yaşlı Zeman Praqadakı Mərkəzi Hərbi Hospitalın reanimasiya şöbəsinə yerləşdirilib. Cümə axşamı o, adi palataya köçürülüb.

Zemanın bu gün xəstəxanada iki liberal partiyanın koalisiyasından son seçkilərdə qalib gələn, Çex Respublikasının Baş naziri vəzifəsinə namizəd Petr Fialunu qəbul edəcəyi və ona respublikanın yeni hökumətini qurmağı tapşıracağı gözlənilir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri