Noy
2021
14:56
189
22
2108
Virtual karabakh

ABŞ 30-dan çox ölkəyə sərhədlərini açdı

8 Noy, 2021
14:56
2108

ABŞ 30-dan çox ölkəyə sərhədlərini açdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ noyabrın 8-dən Böyük Britaniya və Avropa İttifaqı da daxil olmaqla 30-dan çox ölkədən peyvənd olunmuş turistlər üçün sərhədləri açır.

Ölkəyə 2020-ci ilin əvvəlində tətbiq olunan giriş qadağası 20 aya qədər davam edib.

Yeni qaydalara əsasən, əcnəbi səyahətçilərdən uçuşdan əvvəl ÜST tərəfindən tanınan tam peyvənd olunmalarını əks etdirən sənədi təqdim etmələri tələb olunacaq. Həmçinin uçuşdan sonrakı üç gün ərzində mənfi nəticəli koronavirus testi və əlaqə məlumatları təqdim etmək lazımdır.

Gələnlər bir çox ölkələrdə geniş tətbiq olunan karantinə alınmayacaqlar.

ABŞ-ın qonşuları Kanada və Meksika ilə quru sərhədləri də açıq olacaq. Bu səbəbdən ABŞ-a miqrant axını artıb.

Mənbə: BBC

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri