10 
Noy
2021
08:00
77
22
1893
Virtual karabakh

Planetin xilası ilə bağlı sorğunun nəticələri təəccübləndirdi

10 Noy, 2021
08:00
1893

Planetin xilası ilə bağlı sorğunun nəticələri təəccübləndirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın inkişaf etmiş ölkələrinin sakinləri iqlim dəyişikliyindən narahat olsalar da, bir çoxları gündəlik həyatlarına təsir edən tədbirlərin əhəmiyyətini düzgün qiymətləndirmirlər.

Bu barədə Kantar Public analitik şirkətinin beynəlxalq araşdırmasından məlum olur.

Belə ki, sorğuda iştirak edənlərin əksəriyyəti daha sərt ekoloji tələbləri qəbul etməyə hazır olduğunu deyiblər, bununla belə onların yarısının planeti xilas etmək üçün yeni vərdişlər formalaşdırmağa hazır olmadığı ortaya çıxıb.

Sorğuda Avropa Böyük Britaniyası, Fransa, Almaniya, İspaniya, Niderland və Polşa, həmçinin ABŞ, Sinqapur və Yeni Zelandiya olmaqla doqquz ölkədən doqquz min insan iştirak edib.

Araşdırmaya görə, respondentlərin 78 faizi iqlim dəyişikliyindən narahatlığını ifadə edib, 62 faizi isə iqlim böhranını əsas qlobal ekoloji problem kimi göstərib.

Orta hesabla, sorğuda iştirak edənlərin ¾-ü daha sərt ekoloji qaydalarla razılaşmağa hazır olduqlarını, respondentlərin yarıdan çoxu isə iqlim dəyişikliyi ilə mübarizə üçün fərdi tədbirlər görmək niyyətlərini bildiriblər. Bununla belə, respondentlərin 46 faizi gündəlik vərdişlərini dəyişməyə real ehtiyac görmədiklərini, 14 faizi enerjilərini iqlim böhranı ilə aktiv mübarizəyə qətiliklə sərf etməyəcəklərini, 35 faizi isə cavab verməkdə çətinlik çəkdiyini deyib.

Vətəndaşların 1/3-i qeyd edib ki, planeti xilas etmək barədə düşünməyə vaxtları yoxdur, 1/3-dən bir qədər çoxu iqlim təhlükəsini həddindən artıq şişirdilmiş adlandırıb.

İnsanlar şəxsi aktiv səylərə mane olan əsas amillər kimi ekspertlər arasında vahid fikrin olmaması, maliyyə mülahizələri, dövlətdən məlumat və resursların olmaması kimi amilləri qeyd ediblər.

Respondentlər ətraf mühitin mühafizəsi üzrə ən mühüm tədbirləri onların şəxsi səylərini və məsuliyyətlərini tələb etməyən tədbirlər adlandırıblar. Respondentlərin yarıdan çoxu tullantıların təkrar emalı, meşələrin qırılmasının azaldılması və nəsli kəsilməkdə olan heyvan növlərinin qorunmasının vacibliyini qeyd edib. Eyni zamanda, şəxsi deyil, ictimai nəqliyyatdan istifadə, hava səyahətlərinin sayının azaldılması, qalıq yanacaqlarla daşınmanın qadağan edilməsi və bu kimi tədbirləri sorğuda iştirak edənlərin ¼-dən də az insan tərəfindən vacib adlandırılıb.

Vətəndaşlar ətraf mühitin qorunmasına marağını on ballıq sistem üzrə orta hesabla 6,4 balla qiymətləndiriblər. Öz ölkə medialarının planetin xilası üçün səylərini respondentlər 10 ballıq sistemlə 5,3 balla, hökumətləri isə 4,9 balla qiymətləndiriblər.

Sinqapur - hökumətin bu məsələdə iştirakının respondentlərin şəxsi iştirakından daha yüksək qiymətləndirildiyi yeganə ölkə olub.

Mənbə: The Guardian

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri