13 
Noy
2021
03:01
144
33
2440
Virtual karabakh

Tailandda məhbuslara it veriləcək

13 Noy, 2021
03:01
2440

Tailandda məhbuslara it veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tailandın Ədliyyə Nazirliyi krallığın bəzi həbsxanalarının məhbuslarına it saxlamağa icazə verəcək.

Ev heyvanları yeni sahiblərə narahatlığı, depressiyanı və məhkumlar arasında antisosial davranışı aradan qaldırmağa kömək edəcək.

Bu, pilot layihədir. Hazırda layihədə yalnız dörd həbsxana iştirak edir. Bununla heyvan terapiyasının effektivliyi yoxlanılacaq. Ehtimal olunur ki, bu yolla məhbuslar həbsdən çıxdıqdan  sonra cəmiyyətə qayıtmağa psixoloji cəhətdən hazırlaşa biləcəklər.

Məhbus xarakterinə və xasiyyətinə uyğun it seçəcək. Bundan əlavə, məhbuslara heyvanlarla düzgün davranmaq və onlara qulluq etmək öyrədiləcək.

Təşəbbüs uğurlu olduğu halda, hökumət onu ölkənin digər islah müəssisələrinə də şamil etmək niyyətindədir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri