13 
Noy
2021
12:51
21
252
1644
Virtual karabakh

Güneyli milli fəal Vədud Əsədinin saxlandığı yer məlum oldu

13 Noy, 2021
12:51
1644

Güneyli milli fəal Vədud Əsədinin saxlandığı yer məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gilan vilayətinin mərkəzi Rəşt şəhərindən olan milli-mədəni fəal Vədud Əsədi noyabrın 11-də ailəsi ilə qısa müddətli telefon əlaqəsi saxlaya bilib.

“Günaz TV”nin məlumatına görə, o, İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) Rəşt şəhərində yerləşən təcridxanasında saxlanıldığını deyib.

Qeyd edək ki, oktyabrın 30-u, axşam saat 19:00 radələrində İran təhlükəsizlik xidmətinin əməkdaşları Vədud Əsədinin evinə basqın edib. Milli fəal həmin gün həbs olunub.

Onun saxlanılması barədə heç bir məhkəmə qərarı təqdim etməyən xəfiyyələr Əsədiyə aid kompüteri və mobil telefonu müsadirə ediblər.

Onlar həmçinin milli fəalın ailə üzvlərinə məxsus dörd ədəd mobil telefonu da özləri ilə aparıblar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə polis tərəfindən saxlanılıb və milli-mədəni fəaliyyətlərinə görə təhlükəsizlik orqanlarının təhdidləri ilə üzləşib.

Bununla yanaşı, o, Vətən müharibəsi zamanı İranın Ermənistana göstərdiyi dəstəyə etiraz etdiyinə, Azərbaycan ordusuna dəstək aksiyasında iştirakına görə 13 gün həbsdə saxlanılmışdı.

Noyabrın 7-də Əsədinin zaminə buraxılması üçün Rəşt Şəhər Dövlət və İnqilab Məhkəməsi tərəfindən müəyyən edilən 170 milyon tümən dəyərində girov təqdim edilməsinə baxmayaraq, təhlükəsizlik idarəsi və məhkəmə orqanı onun zaminə buraxılmasına maneçilik törədir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri