14 
Noy
2021
08:25
17
315
4384
yuxarı
Üç uşağının anasını küçənin ortasında güllələdi
14 Noy, 2021
08:25
4384
17
315
Üç uşağının anasını küçənin ortasında güllələdi
İstanbulun Üsküdar rayonunda üç uşaq anası olan qadın keçmiş əri tərəfindən güllələnib.
Qeyd olunur ki, hadisə orta yaşlarında olan qadının avtobusdan düşdüyü dayanacaqda baş verib.
Tərəflər əvvəl bir müddət mübahisə ediblər. Sonda isə kişi üzərində gəzdirdiyi odlu silahla qadına atəş açıb.
Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları qadını ağır vəziyyətdə xəstəxanaya çatdırıb.
Artıq hadisəni törədən kişi saxlanılıb. Üç uşaqları olan keçmiş cütlüyün bir il əvvəl boşandıqları üzə çıxıb.
Mənbə: Anadolu agentliyi
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək