14 
Noy
2021
00:57
24
549
4862
Virtual karabakh

Rusiyanın ən zəngin televiziya aparıcılarından olan Solovyov pandemiya ilə əlaqədar dövlətdən yardım alıbmış

14 Noy, 2021
00:57
4862

Rusiyanın ən zəngin televiziya aparıcılarından olan Solovyov pandemiya ilə əlaqədar dövlətdən yardım alıbmış

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış rusiyalı televiziya jurnalisti Vladimir Solovyov pandemiyadan zərər çəkmiş sahibkar kimi Rusiya dövlətindən maliyyə yardımı alıb.

Bu barədə Rusiya Federal Vergi Xidməti məlumat yayıb.

Belə ki, Vladimir Solovyova 24 260 rubl (təxminən 566 manat) maliyyə yardımı edilib.

Jurnalistə dövlətin ilk subsidiya yardımı 2020-ci ilin iyununda, ikincisi isə bir ay sonra iyulda edilib.

Məlum olduğu kimi, V.Solovyovun İtaliyada Komo gölündə daşınmaz əmlakları - iki villası var.

Bundan əlavə, Vladimir Solovyov Rusiyada televiziya təbliğatçısı kimi çalışıdığı layihələrdən yüz milyonlarla rubl qazanır və koronavirusla əlaqədar tətbiq edilən lokdaun dövründə belə onun qazancında heç bir məhdudiyyət baş verməyib.

Lakin buna baxmayaraq, zəngin aparıcı sıravi insanların ödədiyi vergi nəticəsində formalaşan büdcədən maliyyə yardımı almaqdan da imtina etmək istəməyib.

Baxmayarq ki, Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin mətbuata verdiyi aşıqlamada bildirmişdi ki, sosial yardım ünvanlı olmalı və ilk növbədə məhz ona ən çox ehtiyacı olan insanlar bu yardımı almalıdır.

Mənbə: Bragazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri