14 
Noy
2021
22:31
51
142
1722
Virtual karabakh

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlanıb - YENİLƏNİB

14 Noy, 2021
22:31
1722

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlanıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bolqarıstanda keçirilən növbədən kənar parlament seçkilərinin ilkin nəticələri məlum olub. 

“Alpha Research” agentliyinin keçirdiyi “exit-poll”un nəticələrinə görə, seçkilərdə “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı naminə” və Demokratik Qüvvələr İttifaqı koalisiyası səslərin 24,8%-ni alıb. İkinci yeri 24,1%-lə “Dəyişikliklərə davam edirik” partiyası, üçüncü yeri isə 13,7% səslə Bolqarıstan Sosialist Partiyası tutub.

10:41

Bolqarıstanda eyni vaxtda həm prezident, həm də parlament seçkiləri keçirilir.

Artıq ölkənin seçki məntəqələri açılıb, səsvermə başlayıb.

Seçicilər ümumilikdə 31 seçki dairəsi (daha bir dairə xaricdə səs verən vətəndaşlar üçün nəzərdə tutulub) üzrə bölünüb. Seçki dairələrində isə ümumilikdə 11 874 seçki məntəqəsi açılıb.

Ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış seçicilərin ümumi sayı isə 6,6 milyon nəfərdir.

Bu il üçüncü dəfə keçirilən parlament seçkilərində 27 partiya iştirak edir. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq yalnız 4 faizlik baryeri keçənlər Xalq Yığıncağında (birpalatalı parlament) təmsil oluna biləcəklər.

Bolqarıstanda parlament seçkiləri ilə paralel şəkildə prezident seçkiləri də keçirilir. Vətəndaşlar 23 namizəd arasından seçim etməlidirlər.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri