16 
Noy
2021
00:18
116
53
772
Virtual karabakh

ABŞ və İsrail kiber cinayətkarlıqla birgə mübarizə aparacaq

16 Noy, 2021
00:18
772

ABŞ və İsrail kiber cinayətkarlıqla birgə mübarizə aparacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ və İsrail kiber cinayətkarlıqla mübarizədə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Maliyyə departamentinin məlumatına görə, iki ölkə arasında razılıq ABŞ maliyyə nazirinin müavini Valli Adeyemo ilə İsrailin maliyyə naziri Aviqdor Liberman və İsrailin Milli Kiber Təhlükəsizlik Təşkilatının rəhbəri Yigal Unna arasında keçirilən görüşdə əldə olunub.

Qeyd olunur ki, iki ölkə arasında əməkdaşlıq kritik maliyyə infrastrukturunun və yeni texnologiyaların mühafizəsinə, eləcə də dünya dövlətləri və dünya iqtisadiyyatı üçün kiber cinayətkarlığın yaratdığı təhlükəyə qarşı mübarizəyə yönələcək.

Mənbə: İnterfax

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri