17 
Noy
2021
22:42
379
28
2039
yuxarı
Türkiyə və Rusiya S-400 istehsalının detallarını açıqlamayacaq
17 Noy, 2021
22:42
2039
379
28
Türkiyə və Rusiya S-400 istehsalının detallarını açıqlamayacaq
Rəsmi Moskva və Ankara S-400 zenit-raket kompleksləri üçün detalların birgə istehsalının təfərrüatları barədə açıqlama verməmək üzrə razılığa gəlib.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançeslə Ankarada təşkil edilən birgə mətbuat konfransı zamanı bəyan edib.
“S-400 detallarının birgə istehsalı ilə bağlı təfərrüatlar barədə açıqlama verməməyə dair hər iki tərəf razılığa gəlib. Bu yalnız bizim aramızda olan həssas məsələlərdir”, - deyə dövlət başçısı jurnalistin kompleksə məxsus hansı detalların birgə istehsal ediləcəyilə bağlı sualını cavablandırarkən bildirib.
Mənbə: “Anadolu”
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək