18 
Noy
2021
22:00
76
174
3032
Virtual karabakh

Mask Marsa orbital uçuşun baş tutacağı tarixi açıqladı

18 Noy, 2021
22:00
3032

Mask Marsa orbital uçuşun baş tutacağı tarixi açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “SpaceX” şirkətinin “Starship” kosmik gəmisinin prototipinin sınaq orbital uçuşu 2022-ci ilin yanvarında baş tuta bilər.

Bu barədə şirkətin təsisçisi İlon Mask məlumat verib.

“Biz ümid edirik ki, fevralda ilk orbital uçuşu həyata keçirəcəyik. Bu ay biz buraxılış meydançası və buraxılış qülləsi hazır edəcəyik, dekabrda bir sıra sınaqlar keçirəcəyik və yanvarda buraxılış baş tutacaq”, - deyə o bildirib.

Sahibkar qeyd edib ki, ilk belə buraxılış “böyük risk daşıyır”, ona görə də hər şeyin yaxşı gedəcəyinə əminlik yoxdur, lakin bu və ya digər şəkildə “SpaceX” əlamətdar irəliləyiş əldə edə biləcək.

Yenidən istifadə edilə bilən “Starship” kosmik gəmisində 100 nəfər üçün Marsa uçuşlar nəzərdə tutulub.

Kosmik gəminin prototipləri artıq bir neçə dəfə Yerə qayıdışla sınaq uçuşları həyata keçirib, lakin indiyədək onlar Yer atmosferi daxilində olub. “Starship”in bütün uçuş sınaqları arasında yalnız may ayında keçirilən sonuncu sınaq bu və ya digər səbəbdən cihaz məhv olmadan keçib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri