19 
Noy
2021
00:53
285
17
5163
Virtual karabakh

Tamamilə əzilmiş avtomobildən möcüzəvi şəkildə sağ çıxdı - FOTO

19 Noy, 2021
00:53
5163

Tamamilə əzilmiş avtomobildən möcüzəvi şəkildə sağ çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da 46 yaşlı qadın qəzaya uğradığı avtomobildən möcüzəvi şəkildə sağ çıxa bilib.

Belə ki, Vaşinqton ştatında bir yük maşını arxadan gələn digər yük maşınının ona çırpılması nəticəsində qadının sürdüyü avtomobilin üstünə çıxıb.

Qadının “Nissan Altima” markalı avtomobili yük maşınının ağırlığından tamamilə yararsız vəziyyətə düşüb. Buna baxmayaraq qadının belə vəziyyətdə olan avtomobildən özünün, həm də sağ-salamat çıxa bilməsi təəccüb yaradıb.

Hadisə yerinə gələn xilasedicilər ilk dəfə belə bir şeylə rastlaşdıqlarını deyiblər.

Yüngül sıyrılmış zədələrlə xəstəxanaya aparılan qadın bir neçə saat sonra evə buraxılıb.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri