20 
Noy
2021
05:26
258
27
6431
Virtual karabakh

Tətbiqinə bir neçə saat qalmış ölüm cəzasından canını qurtardı

20 Noy, 2021
05:26
6431

Tətbiqinə bir neçə saat qalmış ölüm cəzasından canını qurtardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Oklahoma ştatında ölüm cəzasına məhkum olunan şəxs barədə qərar cəzanın tətbiq olunmasına bir neçə saat qalmış ləğv edilib.

Buna səbəb qubernator Kevin Stittin icrasına bir neçə saat qalmış prosedurun dayandırılmasını əmr etməsi olub.

Belə ki, 41 yaşlı Culius Jons 1999-cu ildə avtomobil oğurluğunda sığorta menecerinin qətlinə görə ölüm cəzasına məhkum edilib. Hökmün icrasına 11 saat qalmış Əfv və Şərti Əfv üzrə Dövlət Şurası cəzanın şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbslə əvəz edilməsini zəruri hesab edib.

Məhkumun vəkilləri cinayəti törədən zaman onun evdə ailəsi ilə birlikdə olduğunu sübuta yetiriblər, onların sözlərinə görə, həmin vaxt vəkillərinin qətli tam araşdıra bilməməsi səbəbindən andlılar heyəti bunu tam aşkarlaya bilməyib. Onlar Cons üçün ədaləti axtarmağa davam etməyi planlaşdırırlar.

Mənbə: Reuters

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri