22 
Noy
2021
16:04
245
6
1157
Virtual karabakh

“Əl Cəzirə” telekanalı Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən reportaj yayımlayıb - VİDEO

22 Noy, 2021
16:04
1157

“Əl Cəzirə” telekanalı Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən reportaj yayımlayıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nüfuzlu “Əl Cəzirə” telekanalında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri və Füzuli Beynəlxalq Hava Limanı haqqında reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, telekanalın müxbiri Sinem Koseoğlunun reportajında Füzuli sakini, müəllim Zamin Həziyev işğaldan azad edilmiş bu rayonda məktəblərin fəaliyyətindən bəhs edib.

Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev və Füzuli Beynəlxalq Aeroportunun meneceri Zaur Qasımov telekanala müsahibələrində Qarabağda aparılan rekonstruksiya və tikinti işləri, o cümlədən avtomobil yolları və aeroportun inşası haqqında məlumat veriblər.

Reportajda həmçinin işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri də əks olunub. Vurğulanıb ki, Azərbaycan hökuməti qısa müddətdə ermənilərin minaladığı torpaqları təmizləməyi və məcburi köçkünləri öz yurdlarına qaytarmağı planlaşdırır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri