24 
Noy
2021
02:30
94
21
2614
Virtual karabakh

ABŞ-da brend mağazalarda qeyri-adi soyğun - VİDEO

24 Noy, 2021
02:30
2614

ABŞ-da brend mağazalarda qeyri-adi soyğun - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da qeyri-adi soyğunçuluq dalğası qeydə alınıb - kütlə mağazaya axışır, rəflərdəki malları sözün əsl mənasında silib-süpürür, qənimətlərini avtomobillərə yığıb tez cinayət yerindən yoxa çıxırlar.

Belə bir basqının son hədəflərindən biri Kaliforniyadakı böyük Nordstrom univermağı olub.

Belə ki, ilkin hesablamalara görə, təxminən 80 nəfər içəri soxularaq iki mağaza işçisinə hücum ediblər, onların gözlərinə bibər qazı sıxıblar. Bundan sonra həmin şəxslər malları götürüblər və avtomobillərlə naməlum istiqamətə gediblər.

Polis hadisəni “mütəşəkkil oğurluq” adlandırıb və bir sıra mağazaların koordinasiyalı quldur qrupları tərəfindən hədəf alındığını təsdiqləyib.

“Oğrular “Louis Vuitton”, “Burberry” və “Bloomingdale's”, “Yves Saint Laurent” kimi brend mağazaları qarət ediblər.

Polis bəzi mağazalarında oğurluğun qarşısını ala bilib.

Hüquq-mühafizə orqanları bu oğurluqların arxasında kimin dayandığını hələ tapa bilməyiblər, lakin şübhəlilərdən üçünün saxlanıldığı təsdiqlənib.

Hazırda səlahiyyətlilər satış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün əlavə qüvvələr cəlb etməyi düşünürlər və müstəntiqlər bütün quldurları müəyyən etmək üçün müşahidə videolarını araşdırırlar.

Mənbə: Kp.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri