23 
Noy
2021
19:52
565
51
975
Virtual karabakh

Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının komitə iclasına sədrlik edəcək

23 Noy, 2021
19:52
975

Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının komitə iclasına sədrlik edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) iclasına sədrlik edəcək.

Sayca 37-ci iclas noyabrın 24-25-də İstanbulda keçiriləcək.

Nazirlərin toplantısında yüksək səviyyəli ekspertlər tərəfindən hazırlanmış qətnamə layihələri qiymətləndiriləcək. Həmçinin yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə İslam bankçılığının rolu ilə bağlı fikir mübadiləsi aparılacaq,

Bununla yanaşı, iclasda İƏT-in İstanbul Arbitraj Mərkəzi və İslam İndeks Fondunun layihələri də təqdim olunacaq. Eləcə də COMCEC-in komitənin üzvü olan ölkələr arasında ticarət, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması və maliyyə sahələrində əməkdaşlığın inkişafı müzakirə ediləcək.

Mənbə: “Anadolu”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri