24 
Noy
2021
22:43
116
13
4330
Virtual karabakh

ABŞ vətəndaşlarına iki ölkəyə getməməklə bağlı xəbərdarlıq etdi

24 Noy, 2021
22:43
4330

ABŞ vətəndaşlarına iki ölkəyə getməməklə bağlı xəbərdarlıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) və Dövlət Departamenti koronavirusa yoluxma sayının artması ilə əlaqədar Almaniya və Danimarkaya səyahət etməməklə bağlı xəbərdarlığı edib.

“Bu yerlərə səyahət etməyin. Əgər səyahət etmək istəyirsinizsə, tam peyvənd kursundan keçdiyinizdən əmin olun”, - deyə CDC-nin açıqlamasında deyilir.

CDC Almaniya və Danimarka kateqoriyasını “Səviyyə 4: COVID-19 riski çox yüksək” olaraq təyin edib.

Hazırda ABŞ- ın səyahətlə bağlı xəbərdarlıq siyahısında 75 ölkə var.

Mənbə: Anadolu agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri