25 
Noy
2021
02:46
204
21
1146
Virtual karabakh

“Google” şirkətinin yüzlərlə əməkdaşı koronavirus vaksininə qarşı çıxdı

25 Noy, 2021
02:46
1146

“Google” şirkətinin yüzlərlə əməkdaşı koronavirus vaksininə qarşı çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” şirkətinin yüzlərlə əməkdaşı şirkətin işçilərini koronavirusa qarşı peyvənd etmək qərarına qarşı çıxıb.

Daha əvvəl Ağ Evdən bildirilmişdi ki, ABŞ Əmək Departamentinin bir hissəsi OSHA ölkədə yerləşən və 100 nəfərdən çox işçi heyəti olan bütün şirkətlərə 4 yanvar 2022-ci ildən gec olmayaraq işçilərini COVID-19-a qarşı peyvənd etməyi əmr edib. ABŞ-ın Beşinci Dairə Apellyasiya Məhkəməsi bu qaydanın dayandırılmasına qərar verib.

Şirkətin azı 600 işçisi kollektiv məktubda şirkət rəhbərliyindən peyvənd olunmaq tələbini ləğv etməyi və başqa, daha “inklüziv” təklif irəli sürməyi xahiş ediblər. Məktubda həmçinin “Google” işçiləri “tələbə qarşı çıxmağa” və COVID-19-a qarşı peyvənd olunmamaq qərarından əl çəkməməyə çağırılır.

“Google” dekabrın 3-dək 150 mindən çox işçidən peyvənd olunub-olunmaması barədə məlumat verməyi tələb edib.

Şirkət rəhbərliyindən bildirilib ki, işçilər dini inanclara və ya tibbi səbəblərə görə peyvənddən imtina edə bilərlər, peyvənd olunmamağa icazə işçilərə fərdi qaydada veriləcək.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri