24 
Noy
2021
22:30
417
31
3394
Virtual karabakh

BƏƏ-İran-Türkiyə koridoru rəsmən açılışa hazırlaşır

24 Noy, 2021
22:30
3394

BƏƏ-İran-Türkiyə koridoru rəsmən açılışa hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəd Əmirliyinin (BƏƏ) nümayəndə heyəti BƏƏ-İran-Türkiyə dəhlizinin rəsmi açılışı üçün yaxın günlərdə Tehrana səfər edəcək.

Bu barədə İran Gömrük və Tranzit İdarəsinin baş direktoru Cavad Hidayəti açıqlayıb.

Onun sözlərinə görə, İran-Türkiyə dəhlizinin rəsmi açılışı üçün yaxın günlərdə BƏƏ nümayəndə heyəti Tehrana səfər edəcək.

BƏƏ ilə Türkiyə arasında ilk avtomobil daşımaları bu yaxınlarda həyata keçirilib.

Bəzi iqtisadçılar hesab edir ki, BƏƏ-nin mallarını Türkiyəyə, oradan da Avropaya daşımaq üçün İran ərazisindən istifadə etmək istəməsinin səbəblərindən biri də Qahirə hökumətinin Süveyş kanalından keçid üçün rüsumların artırmasıdır.

BƏƏ vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nəhyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edəcək.

Əsas məsələ İrandan keçən dəhlizlə Türkiyəyə ticarət yolunun açilması olacaq. Sözügedən dəhlizlə malların çatdırılıması 3 dəfə sürətlənəcək.

Mənbə: MEHR

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri