24 
Noy
2021
17:46
229
34
2011
Virtual karabakh

Erməni polis rəisi hindli miqrantları Rusiyadan Meksikaya ötürürmüş

24 Noy, 2021
17:46
2011

Erməni polis rəisi hindli miqrantları Rusiyadan Meksikaya ötürürmüş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya hüquq-mühafizə orqanları Dolqoprudnı şəhər dairəsinin polis şöbəsinin rəisi, polkovnik-leytenant Karen Sevikyanı qanunsuz miqrasiyanın təşkilində şübhəli bilərək saxlayıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər yayıb:

“Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin daxili təhlükəsizlik şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz əməl törətməkdə şübhəli bilinən Dolqoprudnı şəhəri üzrə polis şöbəsinin rəisini saxlayıblar. İlkin məlumata görə, adıçəkilən işçi qanunsuz miqrasiyanın təşkilində iştirak edib”.

Eyni zamanda, əlavə edilib ki, istintaq orqanları toplanmış materiallar əsasında prosessual qərar qəbul edib. Faktla bağlı rəsmi yoxlama təyin edilib:

“İşçi vəzifəsindən kənarlaşdırılıb. Günahı təsdiqlənərsə, o, neqativ səbəblərə görə daxili işlər orqanlarından xaric ediləcək və qanunla müəyyən edilmiş qaydada cəzalandırılacaq”.

Bundan əvvəl KİV-də Karen Sevikyanın yeddi Hindistan vətəndaşının Rusiyadan Meksikaya qanunsuz getməsini təşkil etməkdə şübhəli bilinməsi barədə məlumat yayılıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri