25 
Noy
2021
06:03
32
312
4494
Virtual karabakh

Şimali Koreyada “Kalmar oyunu” serialını əldə edən məktəbliyə ömürlük həbs cəzası verildi

25 Noy, 2021
06:03
4494

Şimali Koreyada “Kalmar oyunu” serialını əldə edən məktəbliyə ömürlük həbs cəzası verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Koreyada qanunsuz yollarla “Kalmar oyunu” (Squide Game) serialının nüsxələrini ölkəyə gətirən şəxsə ölüm hökmü verilib.

O, serialın epizodları yazılmış fləşkartların satışını təşkil edib.

Qanun pozucusunu onun müştərisi olan yuxarı sinif şagirdləri ələ verib.

Fləşkartı alan məktəbli ömürlük, onunla birgə serialı izləyən həmyaşıdları isə hərəsi 5 il olmaqla azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cəza tədbirləri “Kapitalist təfəkkürü və mədəniyyətinin qarşısının alınması haqqında” qanuna uyğun olaraq tətbiq edilib. Qanun Cənubi Koreya və ABŞ mənşəli kitabların, filmlərin və digər audiovizual materialların satışı, istifadəsi və saxlanmasına görə güllələnmə cəzasını nəzərdə tutur. Məktəbli “cinayətkarların” azyaşlı olması nəzərə alınaraq, onlara qarşı “yüngülləşdirlimiş” cəza tədbirləri tətbiq edilib.

Mənbə: tjournal.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri