24 
Noy
2021
22:09
212
22
3440
Virtual karabakh

İsveçin ilk qadın Baş naziri vəzifəyə seçildikdən yeddi saat sonra istefa verdi

24 Noy, 2021
22:09
3440

İsveçin ilk qadın Baş naziri vəzifəyə seçildikdən yeddi saat sonra istefa verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçin Sosial Demokrat Partiyasının (SDP) yeni sədri Maqdalena Andersson ölkə parlamenti tərəfindən yeni Baş nazir seçilib.

O, ölkə tarixdə ilk qadın Baş nazir olub.

Lakin seçildiyindən yeddi saat sonra Andersson tutduğu vəzifədən azad edilməsi barədə parlamentin spikeri Andreas Norlenə müraciət edib.

Buna yeni hökumətin büdcə layihəsinin parlamentdə uğursuzluğa düçar olması və ardından Sosial Demokratlarla birgə hökuməti təşkil edən Ətraf Mühitin Mühafizəsi Partiyasının koalisiyasından çıxdığını elan etməsi səbəb olub. Riksdaq səs çoxluğu ilə müxalifətin layihəsini dəstəkləyib.

Xahişi nəzərə alan spiker Baş nazirə yeni koalisiya hökuməti formalaşdırmaq göstərişini verib. 

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri