25 
Noy
2021
23:32
49
134
1193
Virtual karabakh

Xəstəxanadan evə buraxılan Çexiya prezidenti koronavirusa yoluxdu - FOTO/VİDEO

25 Noy, 2021
23:32
1193

Xəstəxanadan evə buraxılan Çexiya prezidenti koronavirusa yoluxdu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiya prezidenti Miloş Zeman 46 gün xəstəxanada qaldıqdan sonra Praqada Mərkəzi Hərbi Hospitaldan evə buraxılıb. O, Praqa yaxınlığındakı Prezident iqamətgahına gedib. 

Xəstəxanadan evə buraxılmaqda Zemanın özü israrlı olub. Həkimlərin onun stasionar müalicəsini davam etdirməsini tövsiyə etməsinə baxmayaraq, dövlət başçısı bu qərara gəlib.

Buna baxmayaraq, axşam saatlarında prezidentin yenidən xəstəxanaya qaytarıldığı bildirilib. Belə ki, 77 yaşlı Zeman koronavirusa yoluxub. 

Xatırladaq ki, Çexiya dövlət başçısı oktyabrın 10-da Praqada Mərkəzi Hərbi Hospitalın reanimasiya şöbəsinə yerləşdirilib. Ona qaraciyərin serrozu diaqnozu qoyulub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri