27 
Noy
2021
03:28
11
385
5583
Virtual karabakh

Türkiyə gündəmindəki cinayətdə yenilik: Azyaşlının babası bioloji atası çıxdı

27 Noy, 2021
03:28
5583

Türkiyə gündəmindəki cinayətdə yenilik: Azyaşlının babası bioloji atası çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq neçə gündür Türkiyə gündəmindən düşməyən hadisə ilə bağlı yeni fakt ortaya çıxıb.

Ölü tapılan üç yaşlı Müslimə Yağalın ailə üzvlərindən DNT testi götürülüb. Məlum olub ki, onun bioloji atası 70 yaşlı babası Həsən Yağal imiş.

Məlum olub ki, Həsən Yağal gəlini Sevil Yağala təcavüz edib. Onun eyni zamanda ailə daxilində bir neçə qadına təcavüz etdiyi üzə çıxıb.

Həmçinin məlum olub ki, Müslimənin böyük bacısının bioloji atası da babası olaraq bildiyi Həsən Yağaldır.

Qeyd edək ki, körpə itkin düşəndən 10 gün sonra ailəsinin çadır qurduğu ərazidən 7 kilometr məsafədə ölü vəziyyətdə tapılıb. Onun üzərində paltar olmayıb.

Hadisə ilə bağlı azyaşlının babası kimi bilinən Həsən Yağal tutulub.

Mənbə: Sabah

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri