27 
Noy
2021
05:27
16
193
2725
Virtual karabakh

Avropada vaksinasiya olunanları yoluxduran COVID ştamı aşkarlanıb

27 Noy, 2021
05:27
2725

Avropada vaksinasiya olunanları yoluxduran COVID ştamı aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belçikada koronavirusun yeni Cənubi Afrika ştamına ilk yoluxma halı aşkarlanıb.

Bu barədə ölkənin səhiyyə naziri Frank Vandenbruk yerli LN24 telekanalına müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, bu ştamın “delta”dan daha təhlükəli olduğuna dair tibbi sübutlar kifayət qədər deyil.

Qeyd edək ki, B.1.1.529 ştamı ilə yoluxmuş ilk şəxs bu yaxınlarda Botsvanada tapılıb. O, CAR vətəndaşıdır. Bu günədək yeni ştama ən çox yoluxma halları (77) məhz bu ölkədə aşkarlanıb.

Onu da bildirək ki, B.1.1.529 ştammı üzrə tədqiqatlar hələ ki ilkin mərhələdədir. Alimlərin ilkin rəyinə görə, B.1.1.529 ştammı vaksinasiyanı tam başa vurmuş insanları yoluxdurmaq qabiliyyətinə malikdir. Ancaq bu, yalnız bir ehtimaldır.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri