27 
Noy
2021
10:21
115
35
1544
Virtual karabakh

ABŞ-da hərbi obyektə girmək istəyən bıçaqlı şəxs güllələndi - FOTO

27 Noy, 2021
10:21
1544

ABŞ-da hərbi obyektə girmək istəyən bıçaqlı şəxs güllələndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da naməlum şəxs San Dieqoda (Kaliforniya ştatı) ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçularının təlim mərkəzinin ərazisinə bıçaqla girmək istəyərkən güllələnib.

Bu barədə hərbi obyektin nümayəndəsinə istinadən məlumat yayılıb.

Bildirilir ki, naməlum şəxs avtomobili ilə Dəniz Piyadaları Korpusunun yeni əsgərlərinin təlim keçdiyi hərbi keçid məntəqəsinə yaxınlaşıb. Mühafizəçilər ona dayanmağı əmr edib, lakin sürücü əlində bıçaqla maşından düşüb və onların istiqamətinə yönəlib.

Bir neçə xəbərdarlıqdan sonra mühafizəçilər atəş açmağa məcbur olublar. Naməlum şəxs yerindəcə ölüb.

Hadisəni ABŞ Hərbi Dəniz Qüvvələrinin İstintaq Departamenti araşdırır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri