27 
Noy
2021
17:54
371
38
2339
Virtual karabakh

Deqati İranın Urmiya gölü ilə bağlı siyasətini kəskin tənqid etdi - VİDEO

27 Noy, 2021
17:54
2339

Deqati İranın Urmiya gölü ilə bağlı siyasətini kəskin tənqid etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur fotoqraf Reza Deqati İran İslam Respublikasının Urmiya gölü ilə bağlı siyasətini kəskin tənqid edib.

O, özünün “Twitter” hesabından gölün 1984-cü ildən bəri ilbəil pisləşən vəziyyətini əks etdirən video paylaşıb.

Fotoqrafın sözlərinə görə, gölün quruması ilə orada olan duz və kimyəvi maddələr ətraf ərazilərə yayılır, bu isə insanların yaşayış yerlərini tərk etməsi ilə, kütləvi köçməsi ilə nəticələnir.

“Bu həmçinin beynəlxalq ekoloji fəlakətdir”, - deyə Deqati narahatlığını ifadə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri