28 
Noy
2021
01:12
14
227
1524
Virtual karabakh

Britaniyada təbii fəlakət iki nəfərin həyatına son qoydu - FOTO/VİDEO

28 Noy, 2021
01:12
1524

Britaniyada təbii fəlakət iki nəfərin həyatına son qoydu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın şimalında “Arven” qasırğası həyatı iflic edib. Yollarda ağaclar aşıb, bəzi yerlərdə infrastruktura zərər dəyib.

Təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib.

Bundan əlavə, fırtına elektrik enerjisinin kütləvi kəsilməsi ilə nəticələnib. Xüsusilə, İngiltərənin şimal-şərqində və Yorkşirdə ümumilikdə 112 min mülk işıqsız qalıb.

Qeyd edək ki, Böyük Britaniyanın Milli Meteoroloji Xidməti qasırğa ilə bağlı “qırmızı” xəbərdarlıq elan edib. Şotlandiyanın şərq sahillərində və İngiltərənin şimal-şərqində 80 mil/saatdan çox güclü küləklərlə ən dağıdıcı küləklər gözlənilir. Güclü küləklərlə yanaşı, “Arven” fırtınası Şotlandiya və İngiltərənin şimalındakı dağlıq ərazilərə qar gətirəcək. Həmçinin, meteoroloqlar fırtınanın nəqliyyatın pozulması, elektrik enerjisinin kəsilməsi və xüsusən də sahilə yaxın ərazilərdə daşınmaz əmlaka potensial ziyan vurması riskini daşıdığını proqnozlaşdırıblar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri