29 
Noy
2021
09:00
9
104
3382
Virtual karabakh

Qəfil ağılsızlığın səbəbi məlum oldu

İdmançıların mütəmadi olaraq baş zərbələri aldığı idman növləri demensiya (ağılsızlıq) və xroniki ensefalopatiyanın inkişafına zəmin yaradır.

Bu barədə ABŞ-ın Boston Universitetinin alimlərinin müvafiq araşdırmasında qeyd edilib. Tədqiqatın nəticələri “Neurology” jurnalında dərc olunub.

Mütəxəssislər travmatik fəaliyyətlə məşğul olan insanların MRT məlumatlarını müqayisə ediblər. Məlum olub ki, bu insanların 90%-i sağlığında peşəkar səviyyədə Amerika futbolu oynayıb. Digərləri ya ordunun veteranları olub, ya da adi futbol və boksla məşğul olublar.

Qeyd edək ki, demensiya əvvəllər əldə edilmiş bilik və praktiki bacarıqların bu və ya digər dərəcədə itirilməsi ilə idrak fəaliyyətinin davamlı azalmasıdır. Bu xəstəlik çox vaxt qocalıqda müşahidə edilir. Hər il dünyada təxminən on milyon yeni demensiya xəstəsi qeydə alınır.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri