29 
Noy
2021
13:56
352
18
2079
Virtual karabakh

Mixail Saakaşvili: “Nə Gürcüstanın ədliyyə sistemini, nə də ittihamları qəbul etmirəm”

29 Noy, 2021
13:56
2079

Mixail Saakaşvili: “Nə Gürcüstanın ədliyyə sistemini, nə də ittihamları qəbul etmirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili məhkəmə zalında çıxışı zamanı nə Gürcüstanın ədliyyə sistemini, nə də ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini deyib.

M.Saakaşvili həbs olunduqdan sonra ilk dəfədir ki, məhkəmədə iştirak edir. Proses şəhər məhkəməsi binası yaxınlığında səs-küylü etiraz aksiyası fonunda baş verir. Prosesdə media nümayəndələrindən yalnız Gürcüstanın Birinci Kanalının jurnalistləri və operatorları iştirak edir. Televiziya şirkəti vaxtaşırı məhkəmədən xəbərlər verir.

Hakimlər M.Saakaşvilinin səhhətinin vəziyyətini nəzərə alaraq, ona su içməyə icazə veriblər. Siyasətçi cavab verdi ki, onlara təşəkkür edir və yaxşılığı qiymətləndirir.

Məhkəmə başlamazdan əvvəl müdafiə tərəfinin zalda Gürcüstanın himninin səsləndirilməsi hakimlərin narazılığına səbəb olub.

“Himnə qadağa? Mənim yaratdığım Gürcüstanın himni altında mən mübahisə etmək istəmirəm”, - deyə M.Saakaşvili bildirib.

Vəkillər vəsatət qaldırıblar ki, iclas telekanallar vasitəsilə canlı yayımlansın.

Eyni zamanda onlar prosesi “Facebook”da canlı yayımlayıblar, ancaq hakim onlardan yayımı dayandırmağı xahiş edib.

M.Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, həmin vaxtdan o, aclıq aksiyasına başlayıb. Bundan əvvəl Gürcüstanda o, bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işləri ilə bağlı qiyabi mühakimə olunub. Birinci halda M.Saakaşvili üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, eks-prezident 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” telekanalının talan edilməsi və dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsində ittiham olunur. Bu işlər üzrə məhkəmələr hələ davam edir.

Gürcüstan hakimiyyəti M.Saakaşvilini azad etməkdən imtina edir.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri