29 
Noy
2021
20:32
188
17
1251
Virtual karabakh

Maqdalena Andersson yenidən İsveçin baş naziri seçilib

29 Noy, 2021
20:32
1251

Maqdalena Andersson yenidən İsveçin baş naziri seçilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveç parlamenti Sosial Demokrat İşçi Partiyasının lideri Maqdalena Anderssonu yenidən ölkənin baş naziri vəzifəsinə təsdiq edib.

Anderssonun əleyhinə 173, lehinə isə 175 deputat səs verib.

Onun parlamentdəki 349 yerdən yalnız 100-nə sahib olan partiyası geniş koalisiya yarada bilmədiyi üçün xanım Maqdalena azlığın baş naziri olub.

Qeyd edək ki, noyabrın 24-də parlament ilk dəfə Anderssonun baş nazir postuna namizədliyini dəstəkləyib. Lakin bir neçə saat sonra Sosial Demokratlar və Yaşıllar koalisiyası dağılıb və yeni hökumət başçısı dərhal istefa verib.

Xatırladaq ki, rəsmi andiçmə mərasimindən sonra Andersson İsveç tarixində ilk qadın baş nazir olacaq.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri