Dek
2021
00:13
116
41
1553
Virtual karabakh

Portuqaliya prezidenti ölkədə evtanaziyaya icazə verən qanun layihəsinə veto qoydu

1 Dek, 2021
00:13
1553

Portuqaliya prezidenti ölkədə evtanaziyaya icazə verən qanun layihəsinə veto qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliya prezidenti Marselo Rebelo de Sousa ölkədə evtanaziyaya icazə verən qanun layihəsinə veto qoyub.

Bu barədə dövlət başçısının saytında dərc edilmiş bəyanatda deyilir.

Qanun layihəsi noyabrın əvvəlində Respublika Məclisi (birpalatalı parlament) tərəfindən ikinci dəfə təsdiq edilib.

“Respublika Prezidenti evtanaziya və həkimin köməkliyi ilə intiharı ehtiva edən tibbi yardımla ölüm haqqında fərmanı Respublika Məclisinə qaytarmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Rebelo di Sousa parlamentdən insanın evtanaziya hüququndan istifadə edə bilməsinin səbəblərini aydınlaşdırmağı xahiş edib. Ehtimal olunur ki, Parlament gələn il yanvarın 30-na təyin edilmiş növbədənkənar seçkilərdən sonra qanun layihəsinə dəyişiklik edilməsi məsələsi ilə məşğul olacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri