Dek
2021
01:55
284
50
2192
Virtual karabakh

“Bloomberg”: ABŞ-ın parçalanması reallığa çevrilə bilər

1 Dek, 2021
01:55
2192

“Bloomberg”: ABŞ-ın parçalanması reallığa çevrilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bloomberg” agentliyinin köşə yazarı Maks Hastinqs bəyan edib ki, ABŞ-ın parçalanma ehtimalı minilliyin əvvəlləri ilə müqayisədə indi xeyli yüksəkdir.

Müəllif Virciniya Universitetinin sorğusunun nəticələrinə istinad edərək, ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçicilərinin 52%-nin “respublikaçı” ştatların ABŞ-dan ayrılaraq müstəqil dövlət yaratmasının tərəfdarı olduğunu bildirib. Eyni zamanda, o, hazırkı lider Co Baydeni dəstəkləyən respondentlərin 41%-nin “demokratik” ştatların ayrılmasını istədiklərini vurğulayıb.

Hastinqsin sözlərinə görə, yaxın gələcəkdə ABŞ-ın bəzi ştatları ölkədən ayrılmaq istəyə bilər. İlk növbədə, söhbət Kaliforniya və Texasdan gedir.

Ekspert etiraf edib ki, Amerika cəmiyyətindəki parçalanmanın kökündə son illərdə kəskinləşən irqi ayrıseçkilik problemi dayanır. Bundan əlavə, ştatlarda digər azlıqlara da fərqli yanaşma cəmiyyətdə parçalanmalar yaradır.

Mənbə: “Bloomberg”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri