Dek
2021
00:49
35
279
3083
Virtual karabakh

“Omikron” artıq 20 ölkəyə yayılıb

1 Dek, 2021
00:49
3083

“Omikron” artıq 20 ölkəyə yayılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusun “omikron” ştammı ilə yoluxma halları artıq 20 ölkədə müəyyən edilib.

Bunu ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) direktoru Entoni Fauçi brifinqdə bəyan edib.

O, həmin ölkələrdə 226 yoluxma halının aşkarlandığını vurğulayıb.

Fauçi ABŞ-da hələ ki, yeni ştamma rastlanmadığını da bildirib.

Qeyd edək ki, hazırda koronavirusun “omikron” variantı Avstraliya, Belçika, Botsvana, Kanada, Çexiya, Danimarka, Almaniya, Çin (Honq-Konqda), İsrail, İtaliya, Hollandiya, Portuqaliya, Cənubi Afrika, İsveç və Böyük Britaniya (İngiltərə və Şotlandiyada) kimi ökələrdə müəyyənləşdirilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri