Dek
2021
01:40
345
34
1377
Virtual karabakh

Ərdoğan: “Türkiyə maliyyə bazarlarında təhdidlərdən qorxub çəkinməyəcək”

Prezident Rəcəb Tayyib Ərdoğan TRT-nin ortaq yayımında gündəmdəki hadisələri dəyərləndirib.

Dövlət başçısı cari ilin sonu iqtisadi artım gözləntisini açıqlayıb. O, həmçinin ölkədəki hazırki iqtisadi vəziyyəti şərh edərək, Türkiyə iqtisadiyyatının kifayət qədər güclü olduğunu və mövcud təhdidlər qarşısında hökumətin öz iqtisadi siyasətindən əl çəkməyəcəyini bəyan edib.

“Bizim proqnozumuz ən azı 10%-dir, amma daha yüksək ola bilər. Faiz - səbəb, inflyasiya - nəticədir. Hazırda faizi aşağı salırıq və inflyasiyanın da azaldığını görəcəyik. İki mühüm dəstək paketi hazırladıq. 50-dən az işçisi olan şirkətlərimizə yeni iş yerləri üçün 100 min lirəyə qədər kredit imkanı veririk. Biz onların sabitliyinin pozulmasına imkan verməyəcəyik və bu vəziyyətdən çıxacağıq.

Biz məzənnə spekulyasiyası ilə qarşı-qarşıyayıq. Ona görə də bu spekulyasiyanın qarşısını ancaq biz ala bilərik. Xarici sərmayəçilər üçün uzunmüddətli investisiyaların zamanıdır. Türkiyədə uzunmüddətli investisiyalar edənlər həmişə qazanıb, bundan sonra da qazanacaqlar. Biz ixracatda çox yaxşı vəziyyətdəyik. Hazırda 215-220 milyard dollara çatmışıq. İlin sonuna qədər bu rəqəm 220-ni keçəcək. Bunlar Türkiyənin ixracat rekordlarıdır. 

Bizim real iqtisadiyyatımız bu təhlükələri tamamilə aradan qaldıracaq gücə və imkana malikdir”, - deyə Ərdoğan bildirib.

Mənbə: “Anadolu”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri