Dek
2021
05:00
231
34
2662
Virtual karabakh

Nobel sülh mükafatçısı olan Myanmanın sabiq hökumət başçısını 100 il həbs gözləyir

2 Dek, 2021
05:00
2662

Nobel sülh mükafatçısı olan Myanmanın sabiq hökumət başçısını 100 il həbs gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hərbi çevrilişdən sonra həbs edilən Myanmanın keçmiş faktiki lideri Aun San Su Çjiyə qarşı irəli sürülən bütün ittihamlar təsdiqlənsə onu ümumilikdə 100 il həbs cəzası gözləyir.

KİV-də yayılan məlumata görə, çərşənbə axşamı Aun San Su Çji yeni korrupsiya ittihamı ilə ittiham olunub, elə həmin gün ona hökm oxunacağı gözlənilib, lakin heç bir izahat verilmədən məhkəmə dekabrın 6-na qədər təxirə salınıb.

Ümumilikdə 76 yaşlı Aun San Su Çji hazırda dövlət sirrinin açıqlanmamasına dair qanunvericiliyin pozulması da daxil olmaqla 10 cinayət ittihamı ilə üzləşib. İttihamların əsas hissəsi korrupsiya, xüsusən də helikopterin alınması zamanı dövlət vəsaitinin mənimsənilməsi ilə bağlıdır. Aun San Su Çji həmçinin 600 min dollar rüşvət və qızıl-zinət əşyaları almaqda ittiham olunur.

Qeyd edək ki, myanmalı siyasətçi, “Demokratiya uğrunda Milli Liqa”nın lideri və Nobel sülh mükafatı laureatı  2016-2021-ci illərdə Myanmanın XİN rəhbəri və dövlət müşaviri (baş nazir statusuna müvafiq) olub. O, fevralın 1-də ölkədə hərbi çevrilişdən sonra həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri