Dek
2021
19:30
349
94
4262
Virtual karabakh

Təl-Əviv dünyanın ən bahalı şəhəri oldu

1 Dek, 2021
19:30
4262

Təl-Əviv dünyanın ən bahalı şəhəri oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təl-Əviv bir il ərzində beş pillə irəliləyərək ən bahalı həyat səviyyəsinə malik şəhərlərin reytinqində birinci yeri tutub.

Bu barədə Britaniyanın “Economist Group” şirkətinin analitik bölməsi olan “Economist Intelligence Unit”-in araşdırmasında məlumat verilib.

Bildirilib ki, İsrail şekelinin ABŞ dollarına nisbətdə sürətlə artması, eləcə də ərzaq, spirtli içkilər və nəqliyyatın bahalaşması səbəbindən ilk dəfə olaraq Tel-Əviv reytinq cədvəlinə başçılıq edib.

Reytinqdə ikinci yeri bir il əvvəl Honq-Konq və Sürixlə bərabər ən bahalı şəhərlər siyahısına başçılıq edən Paris tutub. Yeni reytinqdə Paris Sinqapurla ikinci, Sürix və Honq Konq isə müvafiq olaraq üçüncü və dördüncü yerdə qərarlaşıb. Dünyanın ən bahalı şəhərləri onluğuna Nyu-York, Cenevrə, Kopenhagen, Los-Anceles və Osaka da daxil edilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri