Dek
2021
15:32
327
28
1065
Virtual karabakh

Güney azərbaycanlı fəallardan siyasi məhbusa dəstək - FOTO

2 Dek, 2021
15:32
1065

Güney azərbaycanlı fəallardan siyasi məhbusa dəstək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ərdəbildə yaşayan güney azərbaycanlı fəallar siyasi məhbus Abbas Lisaninin səhhətinin pisləşməsi ilə əlaqədar məhkəmə rəsmilərinə və həbsxananın məsul şəxslərinə, habelə İranın təhlükəsizlik qüvvələrinə qarşı etiraz aksiyası keçiriblər. Bu məqsədlə onlar şəhərin “Qasim Suleymani” meydanında və yerüstü piyada keçidlərindən birində bannerlər quraşdırıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bannerlərdə Abbas Lisaninin şəkli ilə yanaşı Ərdəbil şəhər prokuroru Seyid Abdullah Təbatəbainin şəkli asılıb. Həmçinin bannerdə “Güney azərbaycanlı siyasi fəal Abbas Lisaninin sağlamlığı təhlükə altındadır. Baş verə biləcək istənilən nəticənin məsuliyyəti Ərdəbil prokurorunun üzərindədir”, - deyə yazılıb.

Xatırladaq ki, Abbas Lisani artıq uzun müddətdir ki, belində disk yırtığı problemindən əziyyət çəkir. Həbsxananın məsul şəxslərinin ona laqeyd yanaşması siyasi fəalın probleminin daha da böyüməsinə gətirib çıxarıb.

Hazırda Lisaninin vəziyyətinin yaxşı olmadığı bildirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri