Dek
2021
22:14
52
170
1761
Virtual karabakh

Səudiyyə Ərəbistanı “omikron”a görə ümrə şərtlərini dəyişdi

2 Dek, 2021
22:14
1761

Səudiyyə Ərəbistanı “omikron”a görə ümrə şərtlərini dəyişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı koronavirusun “omikron” ştammının yayılması ilə əlaqədar ümrə ziyarətinin yerinə yetirilməsi üçün yeni şərtlər müəyyənləşdirib.

Bu barədə “Əl-Cəzirə” krallığın Həcc və Ümrə İşləri Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, ümrə ziyarəti üçün zəvvarlar Səudiyyə Ərəbistanında təsdiq edilmiş ikikomponentli COVID-19 vaksini vurdurmalıdır. ÜST tərəfindən təsdiqlənmiş, lakin krallığın vaksin siyahısında olmayan peyvəndlərlə vaksinasiya olunan zəvvarlar isə üç günlük karantindən keçməli və karantindən 48 saat sonra mənfi PCR testi təqdim etməlidirlər.

Həmçinin, Nazirliyin qərarına əsasən, zəvvarların krallıqda qalma müddəti 10 gündən 30 günə qədər artırılıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri